Nikola Qarbağla bağlı böyük təzyiq və... - Politoloq AÇIQLADI

Nikola Qarbağla bağlı böyük təzyiq və... - Politoloq AÇIQLADI
08:33 14 Fevral 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

“Son zamanlara qədər Azərbaycan tərəfi Dağlıq Qarabağ ətrafında gedən danışıqlarla bağlı müəyyən nikbinlik nümayiş etdirirdi. Amma iş orasındadır ki, bu nikbinliyin əsası vardı. Bunu da danışıqlar prosesi verirdi”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq Ermənistanın son zamanlar Dağlıq Qarabağın taleyi ilə bağlı gedən danışıqlarda ziddiyyətli mövqe nümayiş etdirməsini belə izah edib:

“Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə görüşü, eyni zamanda, xarici işlər nazirlərinin saatlarla davam edən müzakirələri, nəticələr əsasında səsləndirilən bəyanatlar hamısı nikbinliyə əsas verirdi. Görünür, Ermənistanın siyasi elitası müəyyən təzyiqlərə tab gətirmir. Çünki biz bilirik ki, Nikol Paşinyana, xarici işlər nazirinə və onların ətrafındakılara müəyyən dairələr tərəfindən təzyiqlər olunur.

Bu da ondan ibarətdir ki, danışıqlar prosesinin müsbətə doğru inkişafı onların narahatlığına səbəb olur. Həmin dairələr düşünür ki, mövcud status-kvo saxlamaqla, yeni ağlabatmayan təkliflərlə danışıqlar prosesinin zamanını uzada bilərlər. Lakin vəziyyət prosesin intensivləşməsini tələb edir. Bu ziddiyyətlər nəticə etibarilə Paşinyanı məcbur edir ki, öz sözlərindən imtina etsin. Ermənistanda son zamanlar səsləndirilən ziddiyyətli bəyanatlar onu göstərir ki, indiki iqtidar özündə güc tapa bilmir. Sözünün üstündə dayanmaq üçün müqavimət göstərə bilmir və ictimai rəyin arxasınca getməklə siyasi mövqelərini sığortalamağa çalışırlar. Amma danışıqlar prosesində qətiyyətli mövqe göstərmək vacibdir. Əgər bu gün Ermənistan iqtidarı ilkin dəyişikliklərə tab gətirə bilmirsə, gələcəkdə daha ciddi nəticələr əldə edilərkən öz mövqelərini necə müdafiə edəcək?”

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/269492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR