Ermənistanda etiraz

Ermənistanın Alaverdi şəhərində yerləşən mis emalı zavodunun 100-dən artıq əməkdaşı tətil elan edib.

Metbuat.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, aksiya iştirakçıları dövlət əhəmiyyətli dəmir yolunu bağlayaraq gələcək talelərinin necə olacağı ilə maraqlanırlar. Onlara verilən məlumata görə, martın 1-dən işsiz qalacaqlar.

Zavod 4 aydır əməkdaşlarına əmək haqqı verə bilmir. Səhmdarların yerli banklara külli miqdarda borcu yaranıb. Nəticədə mis emalı müəssisəsinin bağlanılmasına qərar verilib.

Etirazçılar deyirlər ki, bundan bir müddət əvvəl Texut mədəninin fəaliyyəti borc səbəbindən dayandırılıb, 500 nəfər işsiz qalıb. Onlar da eyni aqibəti yaşamaq istəmirlər.

Məsələ ilə bağlı parlamentin son iclasında “Çiçəklənən Ermənistan” partiyasından deputat Armen Ayvazyan baş nazirə sual verib. Nikol Paşinyan bunun zavodun daxili problemi olduğunu deyib. Baş nazirin cavabı aksiya iştirakçılarını qane etməyib.

Etirazçıların sözlərinə görə, onlar Nikol Paşinyanı ondan ötrü seçiblər ki, ənənəvi problemlər həllini tapsın. Yeni hökumət də həssas məsələlərə laqeydlik nümayiş etdirir. Ölkədəki xaotik vəziyyətdən istifadə edən “Respublika” partiyasının sədr müavini Eduard Şarmazanov yenidən vətəndaşlara çağırış edib:

“Hökumət sizi aldadır. İşsizlər ordusu hər ötən gün artır. Bəs hanı verilən vədlərin real nəticəsi? Ermənistan Müdafiə Nazirliyi belə xalqa yalan danışır. Orduda baş verən neqativ hallar gizlədilir. Əsgər öldürülür, açıqlama verilmir. Demək ki, müdafiə naziri Davit Tonoyan öz işinə səhlənkar yanaşır. Mən gənclərə müraciət edərək deyirəm: zor gücünə hakimiyyətə gətirdib kresloda əyləşdirdiyiniz insanlar indi sizi aldatmaqla məşğuldurlar”.

Nikol Paşinyan isə Şarmazanovun çağırışına sərt reaksiya verib. Bildirib ki, onun tənqid etdiyi Tanoyan özü də Sarkisyan komandasının üzvü, hətta ötən ilə kimi respublikaçı olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR