Azərbaycan neftinin QİYMƏTİ bahalaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 13-də 65,85 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,11 dollar/barel çoxdur.

Bu barədə Metbuat.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 65,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,1 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 61,62 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,17 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 63,48 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,91 dollar/barel çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR