Albaniyada etirazçılar baş nazirin iqamətgahına

Albaniyada müxalifət partiyasının tərəfdarları baş nazir Edi Ramanın iqamətgahına hücum ediblər.

Metbuat.az-ın "Reuters" agentliyinə istinadən yaydığı məlumata əsasən, baş nazirin istefasını tələb edən etirazçılar polis mühafizəsini yararaq binanın qapılarını qırmağa çalışıblar.

Əraziyə cəlb olunan polis əməkdaşları nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Hazırda etirazların davam etdiyi bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR