“Sarı jiletlilər” polis maşınına hücum etdilər: 26 nəfər saxlanılıb - FOTO

“Sarı jiletlilər” polis maşınına hücum etdilər: 26 nəfər saxlanılıb - FOTO
10:57 17 Fevral 2019
87 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın Lion şəhərində "sarı jiletlilər" hərəkatının iştirakçıları polis maşınına hücum ediblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin görüntülər polis maşınındakı şəxslər tərəfindən lentə alınıb. 

Nümayişçilər tıxacda qalan avtomobilə daş tullayıblar. Sükan arxasındakı qadın polis ağlamağa başlayıb. 

Fransa daxili işlər naziri Kristof Kastaner Tvitter hesabından baş verənləri "dözülməz şiddət" adlandırıb. 

Bununla yanaşı, ötən gün polis Parisdə 26 hərəkat üzvünü saxlayıb. Paytaxt küçələrinə təxminən 5000 nəfər çıxıb, bütün ölkə ərazisində isə onların sayı 41500-ə çatıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/731355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR