Komaya girən qadın oyandığında ana olduğunu

İngiltərədə baş verən hadisə gündəm olub.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, İngiltərənin Mançester şəhərində yaşayan 18 yaşlı Eboni Stevenson şiddətli ağrı səbəbilə xəstəxanaya aparılıb. Həkimlər gənc qızı dərmanla yatırıb və keçici koma halına salıblar. Stevenson xəstəxanada olarkən həkimlər onu keysəriyyə əməliyyatına alıblar. Komada olan Stevenson 3.200 kilo ağırlığında sağlam qız uşağı dünyaya gətirib.

4 gün sonra komadan ayılan E.Stevenson ana olduğunu öyrənib. O, həmin anları belə izah edib:

"Oyandığımda tibb bacıları məni təbrik edirdilər. Bir qızım olmuşdu. Hamilə olduğumun heç fərqində deyildim. Özüm də şokdayam".

Bu toyuğun yumurtası 66 AZN-ə satılır - VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR