"ASAN Finans" sisteminin

Bu gün "Elektron Hökümətin İnformasiya Sisteminin alt sistemi olan "ASAN Finans" sisteminin təqdimatı olub.

Metbuat.az xəbər verir ki, "ASAN Finans" Azərbaycanda fəaliyyət göstərən maliyyə şirkətləri, kredit təşkilatları, sığorta şirkətləri üçün platformadır. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, bu platforma vasitəsilə şirkətlər öz məhsullarını dövlətin müəyyən informasiya sistemindən istifadə etməklə vətəndaşlara və digər güc strukturlarına təqdim edəcəklər. Bu elə data məlumat sistemidir ki, vətəndaşlar müəyyən kredit, sığorta xidmətləri alan zaman tələb olunan məlumatları elektron qaydada banklara göndərə, eyni zamanda banklar və sığorta şirkətləri də vətəndaşlara hər hansı xidmət göstərmək istəyirlərsə, tələb etdikləri sənədləri "ASAN Finans" sistemi vasitəsilə elektron qaydada əldə edə biləcəklər. Bu həm biznes subyektləri, həm də vətəndaşlar üçün operativlik, şəffaf xidmət deməkdir.

Ü.Mehdiyev bildirib ki, bu məsələ cənab prezidentin Egov-un qarşısına qoyduğu vəzifələrdən biridir. Bu vəzifələrin icrası istiqamətində görülən işlərdən biri də " ASAN Finans"dır".

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR