Aktrisa Berna Laçinin edam ilə atdığı tvittdən sonra haqqında açılan istintaq sona çatıb.

Metbuat.az Türkiyə KİV-nə istinadən bildirir ki, aktrisa haqqında açılan məhkəmə qərarından bəraət qazandığını sosial media hesabında paylaşıb.

Xatırladaq ki, Berna Laçin keçən ilin noyabr ayında "Edam çarə olsaydı, Mədinə torpaqları təcavüzdə rekord qırmazdı. Danışdırmayın məni! Buraxın artıq alimlər, nevroloqlar, psixiatrlar, psixoloqlar, hüquqçular əl birliyi ilə çarələr irəli sürsünlər"- paylaşımına görə, "xalqın dini dəyərlərini alçaltmaq" maddəsi ilə 1 il həbsi istənmişdi. Məhkəmədə çıxış edən Laçın iddiaları qəbul etmədiyini bildirərək- "İddianaməyə mövzu olan tviti mən atdım, ancaq bu paylaşımda dinlə əlaqədar heç nə yoxdur. Əsas mövzu edamdır"- deyə ifadə vermişdi.

Əfqanıstanda "Taliban" hücumu: 5 ölü