Rus əsgər Ermənistanı qarışdırdı

Rus əsgər Ermənistanı qarışdırdı
14:27 14 Yanvar 2015
122 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın Gümrü şəhərində avtomobil yürüşü keçiriləcək.

Anspress-in məlumatına görə, yürüş iştirakçıları yeddi nəfərdən ibarət Avetisyanovlar ailəsinin altı nəfərini öldürmüş 102-ci hərbi bazanın əsgəri Valeri Permyakovun erməni hüquq-mühafizə orqanlarına təhvil verilməsini tələb edəcəklər. Avtomobil aksiyası Gümrüdəki hərbi şəhərcikdə start götürərək Rusiya konsulluğunun binası qarşısında davam edəcək. Aksiya Surb Nşan kilsəsində başa çatacaq. Burada Avetisyanovlar ailəsinin xatirəsi yad ediləcək. Öldürülənlərin yanvarın 16-da dəfn ediləcəyi gözlənilir.

Qeyd edək ki, yanvarın 12-də Gümrüdə Avetisyanov ailəsinin altı üzvü güllələnərək öldürülmüşdü. Sonradan qətlin Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakov tərəfindən törədildiyi məlum olmuşdu. Bundan sonra Ermənistanda Rusiya əleyhinə aksiyalar alovlanmışdı. Aksiyalarda Rusiya prezidenti Vladimir Putinin Ermənistandan üzr istəməsini istəyənlər də var idi.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR