Banqladeşin paytaxtı Dakkada tarixi binaların olduğu bölgədə yanğın çıxıb.
Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, yanğın nəticəsində 69 nəfər ölüb, ölü sayının artacağı istisna edilmir. Çoxlu sayda yaralı var.
Yanğınsöndürmə briqadasının müdiri Əli Əhməd yanğının gecə saatlarında çıxdığını, anbarlarında kimyəvi və plastik material olan digər binalara sürətlə sıçradığını bildirib.
Yanğının 9 saatdan sonra söndürüldüyü bildirilib.
Aysel Yaqubqızı / Metbuat.az