Suriyanın Deyr-əz-Zor əyalətində güclü partlayış olub.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, partlayış yaşayış məntəqələrinin birində baş verib.

Törədilmiş partlayış nəticəsində 20-yə qədər insanın həlak olduğu bildirilir. Çoxsaylı yaralılar da olduğu qeyd edilir.

İlkin məlumata görə, hadisə minalanmış avtomobilin partladılması nəticəsində baş verib.

Partlayışla bağlı məsuliyyəti üzərinə götürən qruplaşma olmayıb.