Toy günü kişilərin gəlinlə davranışı olay oldu -

Mərakeşdə keçirilən toy mərasimində xoşagəlməz hadisə baş verib.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, ənənəvi rəqs zamanı rəqqaslar diqqətsiz davranaraq gəlini taxtdan yerə salıblar. Gəlin xəsarətlər almasa da, səhhətində narahatlıq hiss edib. Dərhal ətrafdakı şəxslər köməyə gələrək, xanıma ilk yardımı göstəriblər.

Bu üzdən toya bir neçə dəqiqə fasilə verilib. Rəqqaslar səhvlərinə görə tənqid atəşinə məruz qalıblar.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR