Gəmi quruya çıxdı -

Macarıstanda 200 ton ağırlığındakı yük gəmisi qəzaya uğrayıb.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, Dunay çayında üzən gəmi nəzarəti itirərək, quruya çıxıb. Hadisə gəmiyə ciddi ziyan vurub. Lakin gəmini suya qaytarmaq elə də asan olmayacaq.Gəmidəki yükün təxliyəsi və onun suya qaytarılması üçün azı 1 ay vaxt lazımdır.

Bu müddət ərzində həmçinin Dunay çayındakı suyun 1,5 metr artacağı gözlənilir. Bu gəminin suya qaytarılmasına ciddi kömək olacaq.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR