22 yaşlı aktrisa selfi çəkərkən eyvandan yıxılıb öldü - FOTO

22 yaşlı aktrisa selfi çəkərkən eyvandan yıxılıb öldü - FOTO
11:37 22 Fevral 2019
126 Dünya
Ölkə mətbuatı
A- A+

22 yaşlı ingilis aktrisa 13-cü mərtəbədən yıxılaraq ölüb.

Milli.Az The Sun-a istinadla xəbər verir ki, narkotik maddə qəbul edən 22 yaşlı Bethany Beales eyvanda selfi çəkmək üçün poza verərəkən yıxılıb.

Londonun Morqeyt stansiyasının yaxınlığında yerləşən 19 mərtəbəli binanın 13-cü mərtəbəsindən yıxılan qızı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Eyvandan yıxılan qız 6-cı mərtəbənin terrasına düşüb.

Aktrisanın ölümü ilə bağlı iki şübhəli saxlanılıb. Lakin hadisə ilə bağlı sübut tapılmayıb.

Məlum olub ki, kokain qəbul edən Bethany selfi çəkərkən yıxılıb.

Milli.Az onun fotolarını təqdim edir:

Emin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/732947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR