Çinin cənub-qərbində Yunnan əyalətində yol qəzası baş verib.
Metbuat.az xarici KİV-ə istinadən dağlıq ərazidə hərəkətdə olan sərnişin avtobusu 30 metrlik uçurumdan yuvarlanıb.
Sərnişinlərdən çoxu uşaq olub. Ərazidəki insanların köməyilə avtobusdakı 4 uşaq və sürücü xilas edilib.
Xəstəxanaya aparılan yaralıların həyati təhlükəsi davam edir.