Yunanıstanda H1N1 virusunun səbəb olduğu "donuz qripi"ndən ölənlərin sayı 74 nəfərə çatıb.
Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə Yunanıstan Xəstəlikləri İdarə və Qarşısının alınması Mərkəzindən (KEELPNO) məlumat verilib. Son bir həftədə reanimasiyada müalicə görən 18 nəfərin vəfat etməsi ilə ölü sayı 74-ə çatıb.
Səlahiyyətli şəxslər 274 nəfərin virusa yoluxduğunu, onlardan 264-nün reanimasiyada müalicə gördüyünü bildirib.
Mərkəzin rəhbəri Theofilos Rozenberq əhalini peyvənd olunmağa çağırıb.
Aysel Yaqubqızı / Metbuat.az