Ölkəmizdə səfərdə olan Əfqanıstan müharibəsi iştirakçıları hərbi hissələrdən

Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü münasibətilə keçirilən tədbirlər davam edir. Növbəti tədbir "N" hərbi hissəsində baş tutdu. Tədbirdə general-leytenant Rövşən Əkbərov, veteranlar, xarici qonaqlar və hərbi hissə komandanlığı iştirak ediblər.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, qonaqları salamlayan general-leytenant R.Əkbərov onların ölkəmizə səfərlərindən məmnunluğunu ifadə etdi.
Əvvəlcə hərbi hissənin ərazisində quraşdırılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyuldu. Sonra qonaqlar hərbi hissənin ərazisində yerləşən inzibatı binalarla tanış oldular. Onlara məlumat verildi ki, hərbi hissə yenidən inşa edilərək istifadəyə verilib. Qonaqlar hərbi hissənin ərazisində inşa edilən qərargah binası, əsgər yataqxanası, tibb məntəqəsi, hamam-camaşırxana və digər xidməti obyektlərlə yaxından tanış oldular.

Qərargah binasında ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ordu quruculuğu prosesinə verdikləri töhfələri, göstərilən diqqət və qayğını, əsgər və zabitlərlə görüşlərini əks etdirən fotoguşə qonaqlara nümayiş olundu. Hərbi hissənin fəaliyyəti haqqında qonaqlara geniş məlumat verildi. Azərbaycan Ordusunun gücünün, qüdrətinin gündən-günə artdığı vurğulanaraq veteranlarla görüşün də şəxsi heyətin qəhrəmanlıq ruhunda tərbiyəsində müsbət rol oynadığı bildirildi. Sovet İttifaqı Qəhrəmanı, istefada olan general-polkovnik Valeriy Aleksandroviç Vostrotin hərbi hissənin xatirə kitabına ürək sözlərini yazdı.
Sonda qonaqlar əsgər yeməkxanasında milli mətbəximizə məxsus təamlardan daddılar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR