“Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran rayonu İdrak Hüseynov adına Osakücə kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda tədbir keçirilib.

Metbuat.az-ın məlumatına görə, tədbirdə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş edilib.

Tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Osakücə kənd tam orta məktəbinin direktoru Arzu Mirzəyeva, Osakücə kənd məscidi dini icmasının sədri Rizvan Dadaşov, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbir Xocalı soyqırımı qurbanlarının və ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlanıb. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Arzu Mirzəyeva çıxışında 1992-ci il fevral ayının 26-da mənfur qonşularımız olan ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında danışıb. Bildirib ki, bu soyqırım bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş vəhşi cinayət aktıdır DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında Xocalı soyqırımının öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir cinayət aktı olduğunu qeyd edib.

E.Həmidli dini radikalizm və onun fəsadları haqqında ətraflı məlumat verərək, DQİDK-nin bu istiqamətdə həyata keçirdiyi maarifləndirmə tədbirləri, həmçinin Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi haqqında məlumat verib. Vurğulayıb ki, filmin çəkilməsində əsas məqsəd gənclərin dini radikalizm, ekstremizm və digər mənfi işlərdən qorunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasıdır. Osakücə kənd məscidi dini icmasının sədri Rizvan Dadaşov çıxışında şəhidlik anlayışı və onun mahiyyəti haqqında fikirlərini bildirərək şəhidliyin milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib. Tədbirdə məktəb şagirdlərinin Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr etdikləri kompozisiya nümayiş edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR