Malidə BMT-nin 3 sülhməramlısı öldü

Malinin cənubunda naməlum silahlı şəxslərin BMT-nin sülhməramlı missiyasına hücumu nəticəsində 3 nəfər həlak olub.

Metbuat.az-ın Trendə istinadən məlumatına görə, insident cümə günü axşam saatlarında paytaxt Bamakodan cənub-qərbdə, Sibu kəndində qeydə alınıb.

Daha bir sülhməramlı isə ağır yaralanıb.

Missiya rəhbəri Maxamat Saleh Annadif baş verən hadisəni qəti şəkildə qınayıb və ölənlərin ailələrinə başsağlığı verib.

Qeyd edək ki, missiya 2013-cü ilin aprelində təsis olunub və Malidə təhlükəsizlik məsələlərini yerinə yetirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR