“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklik qüvvəyə minib.

Publika.az xəbər verir ki, Qanunun 6.4-cü maddəsindən sonra aşağıdakı məzmunda "Qeyd” hissəsi əlavə edilib:

"Qeyd. Bu qanunun 6.4.1-ci maddəsində nəzərdə tutulmuş sənəd üzrə məlumatların elektron informasiya sistemindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənəd vətəndaşlardan tələb olunmur.”.

Qeyd edək ki, qanunun 6.4-cü maddəsi müvafiq icra hakimiyyəti orqanında vətəndaşların ilkin hərbi qeydiyyata alınmasını nəzərdə tutur. Beləliklə vətəndaşlar ilkin hərbi qeydiyyata alınarkən electron sistemdəki sənədləri təqdim etməli olmayacaqlar.