Dünyanın maraqla gözlədiyi 91-ci Akademiya mükafatları sahiblərini tapıb. “Yaşıl Rəhbər” (Green Book) gecənin “Ən yaxşı Film” mükafatını qazanıb.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, “Ən yaxşı Film” mükafatını Oskarlı aktrisa Culia Roberts açıqlayıb. Məşhur aktyot Maherşala Ali iki il fasilədən sonra Oskar mükafatını alanlar arasında olub. O, “Yaşıl rəhbər” filmindəki performansına görə “Ən yaxşı ikincidərəcəli aktyor” seçilib.

“The Favourite” filmindəki rolu ilə “ Ən yaxşı qadın aktrisa” mükafatını Olivia Kolman alıb.

“Ən yaxşı rejissor” “Roma” filminə görə Alfonso Suaron, “Ən yaxşı kişi aktyor” isə “Bohemian Rhapsody” filminə görə Rami Malek seçilib.

“İf Beale Street Could Talk” filmindəki performansı ilə “Ən yaxşı ikincidərəcəli aktrisa Reqina Kinq, Ən yaxşı film mahnısı” “Ulduzun doğuluşu” filmindəki Ledi Qaqanın ifası “Shallow”dur.

“Ən yaxşı qısa film” mükafatını Skin komandası, “Ən yaxşı film musiqisi” mükafatını isə Black Panter qazanıb.

Aysel Yaqubqızı / Metbuat.az

"Oskar" mükafatları öz sahiblərini tapdı -