Rusiya prezidenti Vladimir Putin Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanı doğum günü münasibətilə təbrik edib.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə rəsmi Moskva yazılı açıqlama verib.

Putin 65 yaşını qeyd edən dövlət başçısını telefonla təbrik edib. Telefon görüşməsində Putin Türkiyə-Rusiya əlaqələrinə verdiyi töhfəsinə görə cənab Ərdoğana təşəkkürünü bildirib. Liderlər aprel ayına planlaşdırılan səfərlə bağlı fikir mübadiləsi aparıblar.

Aysel Yaqubqızı / Metbuat.az

Çavuşoğlu: Azərbaycanın kədəri Türkiyənin kədəridir