Fevralın 24-də keçirilmiş magistraturaya qəbul imtahanının birinci mərhələsinin cavabları açıqlanıb. İmtahanda ən yüksək nəticəni Tural Əhmədov və Rəhman Mustafayev göstərib.
Metbuat.az-ın məlumatına görə, onlar maksimum 100 ballıq sistem üzrə 97 bal toplayıblar. T.Əhmədovun məntiq müəllimi olduğu bildirilib.
Qeyd edək ki, magistraturaya qəbul imtahanının ikinci mərhələsi mayın 26-da keçiriləcək.