İndoneziyanın Qərbi Sumatra əyalətində 5,6 bal gücündə zəlzələ olub.
Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, Pasaman bölgəsinin 38 kilometr şimal-şərqində baş verən zəlzələ, yerin 10 kilometr dərinliyində qeydə alınıb.
İlkin məlumata görə, zəlzələ nəticəsində ölən və yaralanan olmayıb. Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
Aysel Yaqubqızı / Metbuat.az
Ukraynanın Azərbaycandakı yeni səfiri Vladislav Kanevski təyin olunub