Bakıda naməlum kişi meyiti tapılıb.

Publika.az xəbər verir ki, Suraxanı rayonu Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsində yerləşən binanın damından 45-50 yaşlı kişinin meyiti tapılıb.

İlkin araşdırmalar zamanı ölən şəxsin üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb. Həmin şəxsin baxımsız vəziyyətdə olduğu, tüfeyli həyat tərzi keçirdiyi bildirilir.

Ölən şəxsin kimliyinin dəqiqləşdirilməsi istiqamətində iş aparılır.

Nizam