Moskva yaxınlığında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
Metbuat.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, hadisə Kolomensk şəhər dairəsində baş verib.
“Oxotnik C72” təyyarəsi bağ evinin üstünə düşüb. Təyyarənin pilotu və sərnişin həyatını itirib. Hadisənin səbəbləri hələlik məlum deyil. Qəzanın baş verdiyi ərazidə xilasedicilər işləyir.