Bu gün Publika.az saytının 7 yaşı tamam olur.
Metbuat.az xəbər verir ki, Publika.az xəbər portalı 2012-ci il martın 1-də fəaliyyətə başlayıb. Saytda xəbərlərlə yanaşı, geniş araşdırmalar, təhlillər, müsahibələr, həmçinin oxucunu maraqlandıran layihələr yer alır. Portalın iş prinsipi gündəmə uyğun xəbərlər hazırlamaq, yeni informasiya istehsal etmək, siyasətdən tutmuş şou-biznesə qədər bütün sahələri əhatə etmək və hər kateqoriyadan olan oxucuları məlumatlandırmaqdır.
Bu 7 ildə Publika.az saytı özünü doğruldaraq, media sahəsində ən çox oxunan, ən çox rəğbətlə qarşılanan, ən çox istinad olunan portallardan biri kimi daim ön sıralarda özünə yer tuta bilib. Saytın baş redaktoru Aqil Lətifov bunu mükəmməl komanda, əvəzolunmaz kollektivlə əlaqələndirir. O bildirib ki, uğurlarımızın əsasında yaxşı yazılar, təqdimatlar və oxucuların etimadı dayanır. Aqil Lətifov komandanı formalaşdıran Aynur Camalqızı başda olmaqla bütün kollektivi təbrik edib.
Metbuat.az İnformasiya Agentliyi Publika.az kollektivini təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayır!
Aysel Yaqubqızı / Metbuat.az