Azərbaycana qızılca xəstəliyinə görə vaksinlər gətirilir

Avropa ölkələrində, eləcə də Azərbaycanla qonşu ölkələrdə qızılca xəstəliyinə yoluxanlarının sayının həddindən artıq olmasını nəzərə alaraq, yaxın günlərdə ölkəmizə böyüklərin immunizasiyası üçün qızılca-məxmərək əleyhinə vaksinin gətirilməsi nəzərdə tutulur.

Metbuat.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi UNİCEF-ə 160 min doza vaksinin ölkəyə gətirilməsi, başqa sözlə 160 min nəfərin vaksin edilməsi üçün sifariş verib. Vaksinlər böyüklərin immunizasiyası üçün istifadə edilləcək.

Mərkəz rəsmisi əlavə edib ki, vaksinlər gətirildikdən sonra nazirliyin əmrinə müvafiq olaraq, 18 yaşından yuxarı olan şəxslər ərazi poliklinikalarına müraciət edərək peyvənd edilə biləcəklər:

A.Əliyeva qeyd edib ki, hazırda Azərbaycanda uşaqların immunizasiyası üçün kifayət qədər vaksin var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR