"Banklara tövsiyə edərdim ki, problemli kreditlərlə bağlı işə çox həssaslıqla yanaşsınlar. Yəqin ki, banklara kütləvi axın və müraciət olacaq".
Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Prezidentin problemli kreditlərin həlli ilə bağlı ötən gün imzaladığı fərmanı Real TV-yə şərh edərkən deyib.
Baş bankir banklara bu dövrdə işçi qrupu yaratmalarını məsləhət görüb: "Çalışacayıq ki, bankların bu işlə bağlı komitəsi olsun. Vətəndaşların sorğularını cavablandırmaq, müraciətlərinə cavab vermək, onların məsələlərinin mərhələli şəkildə həll etmək lazımdır. Növbələr olmadan, elektron formada bunu növbələşdirmək və insanlara vaxt vermək lazımdır. Hansı gün bankda həmin şəxsi gözlədikləri barədə məlumat versinlər. Bu işi böyük növbələr yaratmadan həll etmək lazımdır".