İranın Kirman vilayətində rixter cədvəli üzrə 4,5 bal gücündə zəlzələ baş verib.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, zəlzələnin episentri 6 km dərinlikdə qeydə alınıb.

Vilayətin Fövqəladə Hallar İdarəsindən insan itkisinin olmadığını bildirib. Hər ehtimala qarşı bölgəyə xilasedicilər cəlb olunub.

Xatırladaq ki, ötən il noyabrda İranın Kirmanşah vilayətində 6,4 bal gücündə baş verən zəlzələ nəticəsində 646 nəfər yaralanmışdı.

Sübhan / METBUAT.az