"Günəşli"də quyu əsaslı təmirdən sonra istismara verilib

"Günəşli"də quyu əsaslı təmirdən sonra istismara verilib
15:53 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

Bu günlərdə ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 14-cü dərin dəniz özülündən 229 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, quyu Balaxanı Lay Dəstəsinin VI horizontundan, 2341-2328 metr intervaldan fontan üsulu ilə gündəlik 160 min kubmetr qaz və 1 ton kondensat hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2353199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR