ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyanın cənub-şərqində yerləşən Baquz kəndinə endirdiyi hava zərbələri zamanı, beynəlxalq konvensiyalarla qadağan olunmuş ağ fosfor bombası atması nəticəsində dinc sakinlər həlak olublar.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə yerli dövlət televiziyası məlumat yayıb.
"Aralarında qadın və uşaqların olduğu dinc sakinlər Amerika koalisiyasının Deyr-əz-Zor əyalətinin Baquz kəndindəki ferma ərazisinə havadan zərbə zamanı beynəlxalq konvensiyalarla qadağan olunmuş ağ fosfor atması nəticəsində ölüb və yaralanıblar", - "Ikhbariya" telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.
Milli.Az