ABŞ-ın Alabama əyalətində dəhşətli tornado baş verib.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində 23 nəfər ölüb, çox sayda yaralı var.

Şiddətli fırtına ilə əmələ gələn tornado ağacları yerindən qoparıb, evlərə zərər verib.

Səlahiyyətli şəxslər Florida və Cənubi Karolina əyalətləri üçün tornado xəbərdarlığı edib.

Aysel Yaqubqızı / Metbuat.az