İtaliyada ənənəvi Portağal yarışları başlayıb -

İtaliyada 150 ildir davam edən ənənəvi Portağal yarışları rəngli görüntülərə səhnə olub.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, yarışlar hər il olduğu kimi İvrea şəhəri yaxınlığında keçirilib. Şəhərin mərkəzində toplanan yüzlərlə əahli tonlarla portağalı bir-birinə ataraq əyləncəli dəqiqələr yaşayıblar. Sabah başa çatacaq yarış üçün Sicilyadan 500 ton portağal gətirilib.

Qeyd edək ki, portağal yarışları üçün 700 ton portağal istifadə edilir. 9 at arabalı və zirehli komanda hər hansı qorunma olmadan mübarizə aparırlar.

Təxminən 7 min insanın yarışını izləməyə gələnlər özlərini yarışmaçılardan fərqləndirmək üçün qırmızı papaq taxırlar.

Yarışlar sabaha qədər davam edəcək.

Aysel Yaqubqızı / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR