Brazilyada hər il təşkil olunan Rio karnavalı bu il də rəngli görüntülərə səhnə olub.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, dünyanın maraqla gözlədiyi Rio karnavalı hər il Brazilyanın Rio-de-Janeyro şəhərində keçirilir. Karnavalın ilk günündə şiddətli yağmur yağsa da, brazilyalılar çoşqu ilə əylənməyə davam ediblər. 30-dan çox rəqs məktəbindən iştirak edən rəqqaslar müxtəlif şoular göstərəcəklər.

Möhtəşəm Rio karnavalı başladı -

Karnavala milli qəhrəmanların kostyumlarını geyinən minlərlə izləyici qatılıb.

Möhtəşəm Rio karnavalı başladı -

Şənliyə qatılan barabançı Evelyn Bastos "Zəncilərin və xüsusilə qadınları cəsarətini nümayiş etdiririk. Beləcə Brazilyanın əsl qurucularının kim olduğunu göstəririk"-deyə açıqlama verib.

Rio karnavalı martın 9-dək davam edəcək.

Möhtəşəm Rio karnavalı başladı -