Hindistanın Bedhasahi qəsəbəsində qorxulu anlar yaşanıb.
Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, yemək axtaran ayı kənddə quyuya düşüb. Ayını quyuda görənlər qorxudan qışqırmağa başlayıblar.
Hadisə yerinə kəndlilər, səlahiyyətli şəxslər gəliblər.
4 saat davam edən xilasetmə tədbirinin ardından ayı quyudan çıxarılıb.
Səlahiyyətli şəxslər ayının yemək tapmaq üçün Svarnaçuda meşəsindən gəldiyini bildirib.
Ayının sağlamlığı yoxlandıqdan sonra meşəyə buraxılacaq.