Böyük Britaniyanın paytaxtı Londonda üç böyük nəqliyyat mərkəzi yaxınlığında kiçik partlayıcı qurğular aşkarlanıb.

Metbuat.az xəbər verir ki, Britaniyanın Terrorla Mübarizə İdarəsindən verilən məlumata görə, qurğular Hitrov, Siti hava limanları və Vaterlo qatar stansiyası yaxınlığında tapılıb.

Partlayıcı qurğular işçi heyəti tərəfindən təhlükəsiz hala gətirilən zaman alovlanıb, lakin zərər çəkən olmayıb.

Hadisə zamanı qısa müddətlik nəqliyyatın hərəkətində fasilə yaranıb.
Hazırda polis tərəfindən araşdırma aparılır.