Ermənistanı tərk edərək Rusiya vətəndaşlığı alan ermənilərin sayı durmadan artır

Ermənistanı tərk edərək Rusiya vətəndaşlığı alan ermənilərin sayı durmadan artır
09:32 6 Mart 2019
35 Dünya
Ölkə mətbuatı
A- A+

Son 5 ildə Ermənistanı tərk edərək Rusiya vətəndaşlığı alan ermənilərin sayı artaraq 27,1 min nəfərə çatıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bildirilir.

DİN-in məlumatına görə, onların əksəriyyəti bu ölkəyə qazanc üçün gələnlərdir.

Ümumilikdə son 5 ildə Rusiya vətəndaşlığını almış əcnəbilərin sayı iki dəfə artıb. 2018-ci ildə 269,4 min nəfər Rusiya vətəndaşlığı alıb, halbuki 2013-cü ildə bu rəqəm 135,8 min nəfər təşkil edib.

Rusiya pasportunu həmçinin Ukraynadan gələnlər (83 min nəfər) alıblar. Bu ölkələr arasında Qazaxıstan (45,3 min nəfər), Tacikistan (35,7 min nəfər) və Özbəkistan da (21 min nəfər) var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/736464.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR