Bakıda 54 yaşlı kişi itkin düşüb.

Metbuat.az-a daxil olan məlumata əsasən, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Ş.Mehdiyev küçəsi ev 75/33 ünvanında yaşayan 1965-ci il təvəllüdlü Ağayev Mirzə Şamil oğlu martın 3-ü saat 19:00 radələrində yaşadığı evdən çıxıb, bir daha geri qayıtmayıb.

Faktla bağlı Yasamal RPİ-nin 27-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Xəyalə Məmmədova / METBUAT.AZ

Yataqxanada baş verən yanğında xəsarət alanların vəziyyəti ilə bağlı SON MƏLUMAT