Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı Türkiyənin TRT1 kanalında yayımlanan "Diriliş Ərtoğrul" serialında yenidən rol alıb.

Metbuat.az xəbər verir ki, müğənni serialın 138-ci bölümündə "Ərtoğrul bəy"in obasında "Allah yar olsun" mahnısını ifa edib.

Qeyd edək ki, Şəmistan Əlizamanlı serialın yeni mövsümünün ilk seriyasında başlayaraq, ozan rolunda çəkilməyə başlayıb. O, "Diriliş Ərtoğrul" serialının 127-ci bölümündə "Zəfər bismillah, səfər bismillah" mahnısını səsləndirmişdi.