Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş səfiri Li Litsenberger martın 7-də ölkəmizə gəlib.

Metbuat.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə müsahibə verən diplomat, Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. Bildirib ki, ABŞ səfiri kimi səlahiyyətlərinin icrasına başlamağı, mədəniyyətimizlə tanış olmağı, habelə xalqlarımız və ölkələrimiz arasında əlaqələri dərinləşdirməyi və gücləndirməyi həvəslə gözləyir.

Qeyd edək ki, səfir etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdikdən sonra rəsmən vəzifəsinin icrasına başlayacaq.

ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi Örl Litzenbergerin bu ölkənin Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini 2018-ci ilin dekabrın 13-də təsdiq edib.