Oğurluqda şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.
DİN Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binə qəsəbəsi ərazisində 4 evdən pul, elektrik naqili, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən R.Məmmədov saxlanılıb.
Məlumata görə, Bakı şəhər sakini əvvəllər də oğurluğa görə məhkum olunub.
Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla