Bakı şəhərinin Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxanada yanğın olub.
Metbuat.az FHN-ə istinadən xəbər verir ki, binanın birinci mərtəbəsində ümumi sahəsi 15 m² olan 1 otaqlı mənzildə yataq dəsti və pəncərə çərçivəsi yanıb.
Yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla