Hər il olduğu kimi, bu il də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə maraqlı reyd keçirib.

Metbuat.az xəbər verir ki, “Nümunəvi qadın sürücü” devizi altında keçirilən ənənəvi aksiya çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmayan xanım sürücülərə müxtəlif hədiyyələr təqdim edilir.

BŞDYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov jurnalistlərə bildirib ki, nümunəvi xanım sürücülərə avtomobili pulsuz yumaq, restoranda iki nəfərlik şam etmək, yanacaq doldurmaq üçün kuponlar təqdim edilir, həmçinin onlar pulsuz sığorta, telefon danışıq kartları, qida və kosmetik məhsullar, qablar və güllərlə mükafatlandırılırlar.

Yol polisindən maraqlı reyd

Yol polisindən maraqlı reyd

Yol polisindən maraqlı reyd

Yol polisindən maraqlı reyd

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla