Martın 7-də saat 23 radələrində Sumqayıt şəhərinin Sahil küçəsində Köhnə Kotec qəsəbə sakini Ə.Nərimanzadə idarə etdiyi “TOFAŞ” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.
DİN-in Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, nəticədə avtomobildəki sərnişinlərdən Sumqayıt şəhər sakini E.Bağırov hadisə yerində ölüb, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla