Texnologiya şirkətləri banklarla rəqabətə hazılaşır

Texnologiya şirkətləri banklarla rəqabətə hazılaşır
21:37 9 Mart 2019
Ölkə mətbuatı
A- A+

Banklar üçün gəlirlərini və müştərilərini itirmək riski yaranır

"Google", "Amazon", "Facebook" və "Apple" kimi texnologiya şirkətlərinin göstərməyə başladığı bank xidmətlərinin istehlakçıların marağını cəlb etdiyi və bu şirkətlərin inkişaf etdirəcəyi yeni bank xidmətlərinin ənənəvi banklar üçün "gəlirlərini və müştərilərini itirmək riski" yaratdığı qeyd olunub.

Milli.Az marja.az-a istinadən bildirir ki, "Bain & Company" məsləhət şirkəti tərəfindən 29 ölkədə 152 min bank müştərisi ilə keçirilmiş sorğuda iştirak edənlərin 54%-i texnologiya şirkətlərinin təqdim etdikləri maliyyə məhsullarına açıq olduqlarını bildiriblər.

Sorğuya görə, son zamanlar, texnologiya şirkətlərinin maliyyə məhsullarına marağı xüsusilə ödəmə əməliyyatlarında aydın görünür. "Apple Pay" 35 ölkədə, "Google Pay" isə hələlik 29 ölkədə xidmət göstərir.

Bu xidmətlər hələ də kredit kartı şirkətlərinin sistemlərinə bağlı olsa da keçən il qüvvəyə minən Avropa Ödəmə Xidmətləri Direktivi (PSD2) kimi yeni aktlar qeyri-bank şirkətlərin müştərilərin hesablarına çıxmasına da icazə verir.

Elektron ticarət nəhəngi "Amazon" uzun zamandır özünün onlayn ödəmə sisteminə malikdir, hətta bəzi ölkələrdə borc vermək kimi ənənəvi bankçılıq fəaliyyətinə başlayıb.

"Bain & Company"nin apardığı sorğuya görə, texnologiya şirkətlərinin bankçılıq mövzusunda "iştahaları" bankların orta müddətdə gəlirlərini və eyni zamanda müştəriləri ilə mütəmadi təmaslarını itirmək riski ilə qarşı-qarşıya qalmalarına səbəb olur.

"Bain & Company"nin araşdırmasında, "Texnologiya şirkətləri, müştərilərin tələb etdikləri sadə, yüksək keyfiyyətli rəqəmsal həllər təmin etmək məsələsində ənənəvi olaraq uğurlu olmuşlar və indi bu İstehlakçı Etibarının gücü ilə bank sektoruna daxil olurlar", - deyilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/737182.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR