Şəki şəhərində 10 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Metbuat.az report.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistralının yolun Şəki rayonu Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"99-HD-777" dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobillə "Mercedes Vito" markalı mikroavtobus toqquşub. Nəticədə 10 nəfər bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qoz qabığını ZİBİL qutusuna ATMAYIN! - Qaynadıb içsəniz... / VİDEO - Oxumaq üçün tıkla