Zinəddin Zidan "Real Madrid"ə 6 tələbinin yerinə yetirilməsi şərti ilə qayıdıb

Zinəddin Zidan "Real Madrid"ə 6 tələbinin yerinə yetirilməsi şərti ilə qayıdıb
17:22 12 Mart 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Zinəddin Zidan İspaniya "Real Madrid"inin baş məşqçi postuna 6 şərtinin yerinə yetirilməsi şərti ilə qayıdıb. 
"Report" "Marca"ya istinadən xəbər verir ki, Madrid təmsilçisinin prezidenti Florentino Peres 47 yaşlı mütəxəssislə danışıqlar apararkən tələbləri yerinə yetirəcəyini vəd edib.
Fransalı baş məşqçi komanda üzərində tam nəzarətin onun əlində olmasını və lazım olmayan oyunçuların satılmasını istəyib. Zidan həmçinin Marselo və İskonun komandada saxlanılması, Neymarın satın alınmaması, icarə əsasında Almaniya "Bavariya"sında çıxış edən Xames Rodrigesin geri qaytarılmaması və son olaraq Fransa PSJ-sindən Kilian Mbappenin komandaya cəlb edilməsini tələb edib.
Qeyd edək ki, "Real Madrid" martın 11-də Zinəddin Zidanın yenidən komandanın baş məşqçisi olduğunu açıqlayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/zineddin-zidandan-florentino-perese-6-sert

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR