Zidan "Real"da ilk məşqinə çıxdı - FOTO

Zidan "Real"da ilk məşqinə çıxdı - FOTO
17:43 13 Mart 2019
117 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid"ın baş məşqçisi Zinəddin Zidan komandaya qayıdışından sonra ilk məşqinə çıxıb.

Publika.az xəbər verir ki, bu barədə klubun rəsmi "Tvitter" səhifəsi məlumat yayıb.

Qeyd edək ki, ötən il gözlənilməz şəkildə “Real”dan ayrılan Zidan istefaya göndərilən Santyaqo Solarinin yerinə gətirilib. O, yenidən bu komandada çalışmaq üçün klubdan 350 milyon dollarlıq transfer büdcəsi tələb edib. Zidanın yeni müqavilə müddəti 2022-ci ilin iyununa qədərdir.

Fransalı mütəxəssis bundan əvvəl 2,5 il “Real”ın baş məşqçisi vəzifəsində çalışıb. O, bu müddət ərzində üç dəfə Çempionlar Liqası, iki dəfə UEFA superkuboku və klublararası dünya çempionatı, bir dəfə La Liqa və İspaniya Superkubokunun qalibi olub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/272548.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR