"Azərbaycanda elektriklə işləyən hibrid avtomobillərdən istifadə azdır".
Metbuat.az-ın məlumatına görə, bunu Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər baş idarəsinin rəisi, xidmət genaral-mayor Mirqasım Vahabov deyib.
İdarə rəisi qeyd edib ki, ölkəmizdə bu avtomobillər əlavə dəyər vergisindən azad olunub:
"Bu avtomobillər daha sərfəli və ekonom maşınlardır və xaricdə geniş istifadə olunur". Mirqasım Vahabov bildirib ki, inanıram ki, hibrid maşınlardan gələcəkdə ölkəmizdə də geniş istifadə olunacaq.
Günay Elşadqızı / METBUAT.AZ / Şəki